Tbilisidə etiraz aksiyalarında iştirak edən ukraynalı saxlanılıb

Tbilisidə etiraz aksiyalarında iştirak edən ukraynalı saxlanılıb

6 Dekabr 08:17
Bəyəndim (0) Bəyənmədim (0)

Tbilisidə polis Ukrayna vətəndaşını saxlayıb. O, parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyalarında iştirak edib. Bu barədə Rustavi2 xəbər verir.

Telekanalın məlumatına görə, Tbilisi küçələrindən birində Ukrayna vətəndaşı saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ukraynalıya məlumat veriblər ki, o, qrup zorakılığının təşkili, rəhbərlik, orada iştirak və cinayət əməlinin törədilməsi ilə bağlı davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Rustavi2 yazır ki, guya Ukrayna vətəndaşının bel çantasından bibər qazı və mobil telefon götürülüb. Ukraynalı polis bölməsinə aparılıb. İndi onu 9 ilə qədər həbs cəzası gözləyir.

Oxuməni.az