Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq KXDR-dən gələn zirehli texnikanı məhv edib
Dörd ay əvvəl KXDR-dən ilk tank əleyhinə raket maşınları cəbhə xəttində peyda olub. Və bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin dron operatorları bu maşınlardan birinin izinə düşə biliblər. Söhbət Xarkov vilayətində görünən 6 təkərli “Bulsae-4” avtomobilindən gedir, “Forbes” yazır.
Özüyeriyən Tank Əlehinə raket kompleksini (TƏRK) Ukrayna Silahlı Qüvvələrinin “Vetrolom” qrupunun (3-cü hücum briqadasının bir hissəsi) döyüşçüsü görüb.
Pilotsuz təyyarə “Bulsae-4” buraxılış qurğusunda olan raketləri vurub. KXDR-dən olan özüyeriyən kompleks məhv edilib.
Bu, KXDR-in 2024-cü ildə Rusiya Federasiyasına tədarük etməyə başladığı bir zirehli maşının məhv edilməsinin ilk rəsmi təsdiqidir.
“Bulsae-4” təkər bazası 6 x 6 və ya 4 x 4 olan uzun mənzilli özüyeriyən TƏRK -dir. Müasir mühafizəsi də olan tankları məhv etmək üçün nəzərdə tutulmuşdur. Optoelektron idarə olunan raket, ən nazik zirehlərə sahib olduğu yuxarıdan tanka dəyir.
Almaz Həsənli