Cənubi Koreya prezidenti öz xalqından üzr istəyib

Cənubi Koreya prezidenti öz xalqından üzr istəyib

7 Dekabr 19:59
Bəyəndim (1) Bəyənmədim (0)


Cənubi Koreya prezidenti Yun Sok Yol hərbi vəziyyətin tətbiqi qərarına görə ölkə xalqından üzr istəyib. O, bu barədə canlı televiziya çıxışında bildirib.
"Hərəkətlərimə görə dərindən üzr istəyirəm," - o, canlı televiziya müraciətində deyib. Yun Sok Yol öz hərəkətlərinə görə məsuliyyət daşıyacağına və bu gələrsə, cəzadan yayınmağa çalışmayacağına söz verib. “Hərbi vəziyyətin elan edilməsi ilə bağlı hərəkətlərə görə siyasi və hüquqi məsuliyyətdən yayınmağa çalışmayəcəyəm”, - deyə prezident bildirib.
O, hərbi vəziyyəti yenidən tətbiq etməyəcəyini də vurğulayıb.
Almaz Həsənli