ABŞ Suriyada hakimiyyətin sülh yolu ilə ötürülməsini dəstəkləyir
Suriyada diktator Bəşər Əsəd rejimi nəhayət süqut etdi. ABŞ isə öz növbəsində üsyançılar hakimiyyəti ələ keçirdikdən sonra hakimiyyətin Suriya hökumətinə dinc yolla ötürülməsini dəstəkləyir.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Blinken həmçinin bildirib ki, ABŞ Əsəd rejimi və onun tərəfdarlarını Suriya xalqına qarşı törədilən vəhşiliklərə və sui-istifadələrə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq səyləri dəstəkləyəcək.
Dövlət katibinin sözlərinə görə, Birləşmiş Ştatlar “Həyat Təhrir əş-Şam” üsyançı koalisiyasının liderlərinin bəyanatlarını nəzərə alıb. Bu arada Amerika tərəfi bütün iştirakçıları insan hüquqlarına hörmət etməyə, mülki şəxslərin müdafiəsi üçün bütün ehtiyat tədbirləri görməyə və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.
Oxuməni.az