Suriyada Türkiyənin dəstəklədiyi silahlılar Mənbic şəhərini kürdlərdən geri alıb
Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SNA) Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya Kürd Özünümüdafiə Qüvvələrinin (YPG) nəzarətində olan Mənbic şəhərini işğaldan azad edib. Bu barədə “Daily Sabah” Türkiyə təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən xəbər verir.
Qəzetin yazdığına görə, SNA şimal və qərb istiqamətindən şəhərə daxil olaraq dekabrın 8-də mərkəzi məhəllələrə çatıb. PKK və YPG 2016-cı ildən şəhərə nəzarət edir. Nəşr qeyd edir ki, Mənbic PKK və YPG-nin öz qüvvələri üçün İraq-Suriya sərhədindən Aralıq dənizinə qədər nəqliyyat dəhlizi təmin etmək planlarının mərkəzindədir.
Dekabrın 1-də SNA, elan edilmiş məqsədi Suriyanın şimalında təhlükəsizliyi bərpa etmək olan “Azadlıq şəfəqi” əməliyyatına başlayıb. Xüsusilə, SNA YPG və PKK birləşmələrini Hələbin şimalındakı Tell-Rifat şəhərindən çıxarıb.
Ötən həftə Suriyadakı silahlı müxalifət Dəməşqi ələ keçirdiklərini və keçid hakimiyyətlərini formalaşdırdıqlarını açıqlamışdı.
Oxuməni.az