Tramp Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməkdən imtina edib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə Kiyevin NATO-ya qoşulmasını dəstəkləmədiyini deyib. Bu barədə The Vall Street Journal (VSJ) məlumat yayıb.
“Parisdə görüş zamanı Tramp Zelenskiyə və Fransa prezidenti Makrona Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmədiyini, lakin hərbi əməliyyatlar dayandırıldıqdan sonra güclü, yaxşı silahlanmış Ukrayna görmək istədiyini söylədi”.
Tramp həmçinin qeyd edib ki, Ukraynanın təhlükəsizliyi üçün əsas məsuliyyəti NATO deyil, Avropa daşımalıdır. Onun fikrincə, Avropa ölkələrinin qoşunları Ukraynada olmalı və “atəşkəs rejiminin saxlanmasına nəzarət etməlidir”, lakin o, Amerika ordusunu buna cəlb etməkdən imtina edir.
Oxuməni.az
Digər xəbərlər