Kanada ABŞ-a ixrac edilən uran və neftə əlavə tariflər tətbiq edə bilər

Kanada ABŞ-a ixrac edilən uran və neftə əlavə tariflər tətbiq edə bilər

13 Dekabr 12:55
Bəyəndim (0) Bəyənmədim (0)


Kanada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı bütün Kanada mallarına 25% rüsum tətbiq etməməyə inandırmaq üçün neft, uran və kalium gübrələrinə ixrac tariflərini nəzərdən keçirir. Bu barədə Kanada hökumətinin yüksək vəzifəli məmuruna istinadən The Globe and Mail qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Ottava cavab tədbirləri üçün bir neçə variantı nəzərdən keçirir. Mediada yayılan xəbərlərə reaksiya verən Saskaçevan əyalətinin qubernatoru Scott Moe, mümkün ixrac tariflərinin "ABŞ tariflərinə cavab" olacağını söylədi

Kanada öz neftinin təxminən 60%-ni, eləcə də elektrik enerjisinin 85%-ni ABŞ-a ixrac edir. Bu, ABŞ, Meksika və Kanada aralarında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişlə bağlıdır. Bununla belə, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.

Oxuməni.az