TP-Link yönləndiriciləri ABŞ-da kiberhücumlarda şübhəli bilinir və qadağan edilə bilər
“The Wall Street Journal” yazır ki, ABŞ hakimiyyəti Çinin iri Wi-Fi yönləndiriciləri istehsalçısı “TP-Link”in kiberhücumlarda iştirakını araşdırır və 2025-ci ildə bu cihazları qadağan etməyi düşünür.
Ədliyyə Nazirliyi, Ticarət Nazirliyi və ABŞ Müdafiə Nazirliyi şirkətdə öz yoxlamalarına başlayıb. Eyni zamanda, Ticarət Nazirliyi artıq “TP-Link”in nümayəndələrini məhkəməyə çağırıb.
Məlumata görə, şirkətə qarşı istənilən addımı Çini cilovlamaq mövqeyi tutan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası görəcək.
TP-Link ilə bağlı şübhələrin, Microsoft-un oktyabr ayında Çin hakerlərinin hücum etmək üçün əsasən TP-Link yönləndiricilərindən ibarət olan böyük bir təhlükəyə məruz qalmış cihazlar şəbəkəsindən istifadə etdiyinə dair hesabatından qaynaqlandığı güman edilir.
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Lyu Penyuy, TP-Link-ə mümkün qadağa ilə bağlı şərh vermək istənildikdə, ABŞ-ın “Çin şirkətlərini sıxışdırmaq” üçün milli təhlükəsizlik bəhanəsi ilə istifadə etdiyini söylədi. Pekin Çin şirkətlərinin qanuni hüquq və mənafelərini "qətiyyətlə qoruyacaq,"- səfirliyinin sözçüsü deyib.
Almaz Həsənli