ABŞ Pakistanın raket proqramına görə “yeni təhlükə” elan edib

ABŞ Pakistanın raket proqramına görə “yeni təhlükə” elan edib

20 Dekabr 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan uzun mənzilli ballistik raket imkanlarını inkişaf etdirməyə davam edir ki, bu da nəticədə ölkəyə Cənubi Asiyadan çox-çox kənarda hədəfləri vurmağa imkan verəcək. Bu, Pakistanı Amerika Birləşmiş Ştatları (ABŞ) üçün “yeni təhlükə” edir.

Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Finer deyib.

Karneqi Beynəlxalq Sülh Fondunun tədbirində çıxış edən ABŞ rəsmisi qeyd edib ki, nüvə silahına malik Pakistan “uzaq mənzilli ballistik raket sistemlərindən tutmuş daha böyük raket mühərriklərini sınaqdan keçirəcək. Onlar bunun üçün təkmilləşmiş raket texnologiyası” üzərində işləyirlər.

Finer bildirib ki, bu tendensiyalar davam edərsə, Pakistan "ABŞ daxil olmaqla, Cənubi Asiyadan çox-çox uzaqlarda hədəfləri vurmaq imkanına malik olacaq".

O, həmçinin qeyd edib ki, nüvə silahına və ABŞ-a çata biləcək raketlərə malik olan dövlətlərin sayı “çox azdır”.

Əziz Mustafa, Oxuməni.az