Estoniya PUA-nın Leninqrad vilayətinə hücumunu şərh edib

Estoniya PUA-nın Leninqrad vilayətinə hücumunu şərh edib

6 Yanvar 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

ERR radiosu respublikanın hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Ukraynaya məxsus pilotsuz təyyarələr Leninqrad vilayətinə hücum edərkən Estoniyanın hava məkanına daxil olmayıb.

“Estoniya tərəfinin fikrincə, dron hücumu Estoniyanın hava məkanına təsir etməyib”, - materialda deyilir.

Ötən həftənin şənbə günü Rusiya Müdafiə Nazirliyi Leninqrad vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 pilotsuz uçan aparatın məhv edilməsi barədə məlumat verib. Rayon rəhbəri Aleksandr Drozdenkonun sözlərinə görə, bu gün vurulan PUA-ların sayına görə region üçün rekorda çevrilib.

Oxuməni.az