Sanksiyalar Dəməşqin yenidən qurulmasına mane olacaq

Sanksiyalar Dəməşqin yenidən qurulmasına mane olacaq

08:10
Bəyəndim (1) Bəyənmədim (0)

Keçmiş Suriya hökumətinə qarşı sanksiyaların saxlanılması Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra ölkənin yenidən qurulması və inkişafına mane olacaq. Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud deyib.

Suriyadakı vəziyyətlə bağlı Ər-Riyadda baş tutan danışıqların yekunlarına dair Səudiyyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Görüş Suriyaya dəstək və ona qarşı sanksiyaların aradan qaldırılması üçün səylərin əlaqələndirilməsi məqsədi ilə keçirilir". O vurğulayıb ki, “keçmiş Suriya rejiminə qarşı tətbiq edilən sanksiyaların saxlanılması Suriya xalqının yenidənqurma, inkişaf və sabitlik istəklərinə mane olacaq”.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin başçısı ABŞ-ın enerji resurslarının ötürülməsi, Suriya hakimiyyət orqanları və Ərəb Respublikasının Mərkəzi Bankı vasitəsilə pul köçürmələri ilə bağlı birtərəfli sanksiyalardan azad edilməsi qərarını alqışlayıb. Şahzadə Faisal bin Farhan Al Saud görüş iştirakçılarını Suriyaya qarşı bütün sanksiyaları ləğv etməyə və humanitar və iqtisadi problemlərin həllində ona dəstək verməyə çağırıb.

Oxuməni.az