Ərdoğan: Suriyada terrorçular olduğu müddətcə Türkiyə özünü tam təhlükəsiz hiss etməyəcək

Ərdoğan: Suriyada terrorçular olduğu müddətcə Türkiyə özünü tam təhlükəsiz hiss etməyəcək

18 Yanvar 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada terrorçular mövcud olduğu müddətcə Türkiyə özünü tam təhlükəsiz hiss edə bilməyəcək.

Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, bunu ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin məqsədi Suriyanın terrorçulardan tamamilə təmizlənməsidir.

Dövlət başçısı bunun dinc, yaxud məcburi yolla ola biləcəyinə də diqqət çəkib: "Suriya xalqı gələcəyini özünün müəyyənləşdirəcəyi yeni hakimiyyətin formalaşması istiqamətində inamla irəliləyir".

Oxuməni.az