Tramp Quantanamoda miqrant cinayətkarlar üçün saxlanma mərkəzinin yaradılmasını əmr edib

Tramp Quantanamoda miqrant cinayətkarlar üçün saxlanma mərkəzinin yaradılmasını əmr edib

30 Yanvar 12:41
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Quantanamodakı hərbi bazada “çox təhlükəli xaricili cinayətkarların” yerləşdirilməsi üçün obyektin yaradılmasına göstəriş verib. Bu barədə Ağ Evin saytında dərc olunmuş sərəncamda deyilir.
O, miqrantlar arasında 30 min “ən təhlükəli cinayətkar”ı Kuba körfəzindəki Amerika dəniz bazasına göndərmək niyyətindədir.
Tramp müvafiq göstərişi Pentaqona və ölkənin Daxili Təhlükəsizlik Departamentinə verib.
“Bizim Quantanamoda Amerika xalqı üçün təhlükə yaradan ən qorxulu qeyri-qanuni cinayətkar şəxsləri yerləşdirmək üçün 30 min çarpayımız var” dedi və davam etdi: “Onların bəziləri o qədər pisdir ki, onları yerləşdirməyə hətta ölkələrə etibar etmirik, çünki biz onları yerləşdirməyə çalışırıq. Onların ora qayıtmasını istəmirik, ona görə də onları Quantanamoya göndərəcəyik”.
Miqrantların hüquqlarını müdafiə edən təşkilatlar prezidentin planlarını tənqid edib.
“Quantanamo həbsxanasındakı zorakılığın tarixi öz sözünü deyir və şübhəsiz ki, insanların fiziki və ruhi sağlamlığını riskə atacaq,” – “Detention Watch Network” proqramının direktoru Steysi Su bildirib.
Müdafiə naziri Pit Heqset obyektin miqrantları “çox tez” qəbul etməyə hazır olacağına söz verib. O, əmin edib ki, onlar terrorçuluqda təqsirli bilinənlərdən ayrı və deportasiya olunana qədər müvəqqəti saxlanılacaqlar.
Almaz Həsənli