Dağ Yeni Zelandiyada şəxs kimi tanınıb
Yeni Zelandiyadakı Taranaki dağı rəsmi olaraq şəxs kimi tanınıb.
Yeni Zelandiya hökuməti rəsmi olaraq ölkənin ikinci ən yüksək dağı Taranakiyə status və fərdi hüquqlar verib. Bu barədə “The Guardian” qəzeti yazır.
Taranaki Yeni Zelandiyada “Te Kahui Tupua” adını alan üçüncü təbii obyekt-şəxs oldu. Dağ yerli Maori xalqı üçün böyük əhəmiyyət kəsb edir və onların əcdadı sayılır. Maori qəbilələrindən olan bir qrup şəxs və ölkə hökuməti onun maraqlarını təmsil edəcək.
Bundan əlavə, hakimiyyət müstəmləkəçilik zamanı dağın və onun ətrafındakı ərazinin bir hissəsinin müsadirə edilməsinə görə təzminat ödəyəcək və yerli əhalidən üzr istəyəcək.
Almaz Həsənli
Digər xəbərlər