Netanyahu Trampı Qəzza müharibəsini davam etdirmək planını dəstəkləməyə inandırmaq istəyir
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı danışıqlar zamanı Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləməyə inandırmağa çalışacaq. Bu barədə Axios portalı İsrail rəsmiləri arasında öz mənbələrinə istinadən məlumat yayıb.
“İsrail rəsmiləri Axios-a bildiriblər ki, Netanyahu hər hansı qərar qəbul etməzdən əvvəl Trampın daimi atəşkəs və İsrailin Qəzzadan tam çıxarılması ilə nəticələnəcək razılaşmanın ikinci mərhələsi ilə bağlı fikrini bilmək istəyir”. “Rəsmilərin qeyd etdiyi kimi, Netanyahu ümid edir ki, o, bu məsələdə Trampa təsir göstərərək onu Qəzzada müharibə planlarını təsdiqləməyə inandıra biləcək”, - məqalədə deyilir.
Portalın həmsöhbətlərindən biri hesab edir ki, Netanyahu razılaşmanın ikinci mərhələsinə keçməmək qərarına gəlsə, bu, Qəzzada HƏMAS-ı devirmək üçün müharibəyə gətirib çıxara bilər.
Əziz Mustafa, Oxuməni.az