Naməlum şəxslər Bat Yam və Holonda avtobuslara beş bomba yerləşdiriblər

Naməlum şəxslər Bat Yam və Holonda avtobuslara beş bomba yerləşdiriblər

21 Fevral 09:08
Bəyəndim (0) Bəyənmədim (0)

Naməlum şəxslər Təl-Əvivin ətrafında yerləşən Bat Yam və Holon şəhərlərində avtobuslara beş bomba yerləşdiriblər. Bu barədə İsrail polisinin sözçüsü Arie Doron N12 telekanalına məlumat verib.

Telekanalın məlumatına görə, beş bombadan üçü partladılıb, daha ikisi aşkar edilərək zərərsizləşdirilib. Müəlliflər qeyd ediblər ki, qurğulardan birində ibrani və ərəbcə mətnlə “Tulkarmın qisasını” yazılmış qeyd əlavə edilib.

“The Times of Israel” qəzeti bir neçə saat əvvəl avtobusun partlaması barədə məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Polis əməkdaşları partlayış baş verən ərazidə ictimai nəqliyyatın hərəkətini dayandırıb.

Yanvarın 27-də İsrail Müdafiə Qüvvələri (İDF) İordan çayının qərb sahilinin şimalındakı Tulkarm şəhərində antiterror əməliyyatına başladığını elan edib. İsrail ordusunun məlumatına görə, həmin gün İsrail hərbçiləri Fələstinin HƏMAS radikal hərəkatının rəhbəri İhab Əbu Attivini hava zərbəsi nəticəsində öldürüblər.

Əziz Mustafa, Oxuməni.az