Finlandiya Ukraynaya sülhməramlılar göndərməyəcək

Finlandiya Ukraynaya sülhməramlılar göndərməyəcək

10:42
Bəyəndim (2) Bəyənmədim (0)

Finlandiyanın Ukraynaya sülhməramlılar göndərmək planı yoxdur, baş nazir Petteri Orpo martın 12-də ölkə parlamentindəki çıxışında bildirib.

“Biz özümüzə münasib olan istənilən şəkildə yardım göstərməyə hazırıq, lakin Ukraynaya hərbi personal göndərməyəcəyik”, – Orpo deyib.

Finlandiya hökumətinin başçısı qeyd edib ki, Finlandiya hərbçilərinin iştirakı qonşu ölkə ilə “münaqişə riskinə” səbəb ola bilər ki, bu da belə qərarları son dərəcə təhlükəli edir.

Xatırladaq ki, martın 10-da Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen atəşkəsə nail olmaq üçün Ukraynaya sülhməramlılar göndərməyə hazır olduğunu bəyan edib. Ölkənin müdafiə naziri Troels Lund Poulsen qeyd edib ki, hələlik yekun qərar yoxdur.

Martın əvvəlində Böyük Britaniyanın baş naziri Keir Starmer ölkəsinin lazım gələrsə, Ukraynaya quru qoşunları göndərməyə və regionda sülhün təmin edilməsində “aparıcı rol” oynamağa hazır olduğunu bildirib.

Əziz Mustafa, Oxuməni.az