
Latviya Rusiya və Belarusla sərhəddə bir neçə keçid məntəqəsini bağlayacaq
Latviya üç sərhəd keçidini piyadaların üzünə bağlayacaq: Rusiya ilə sərhəddə Grebnevo və Terekhovo, Belarusla sərhəddə isə Paternieki. Qadağa martın 19-dan qüvvəyə minəcək. Bu barədə Delfi xəbər verir.
Qeyd olunur ki, bu keçid məntəqələrində sərhədi ancaq avtomobillə keçmək mümkün olacaq. Məhdudiyyətlərin nə qədər davam edəcəyi hələlik məlum deyil. Keçid məntəqəsinin bağlanmasına səbəb Rusiyanın Ukraynaya davam edən işğalı ilə bağlı yaranmış geosiyasi vəziyyətdir.
"Rusiyanın başlatdığı və Belarusun açıq şəkildə dəstəklədiyi Ukraynaya qarşı müharibə Rusiya və Belarusun Latviya ilə sərhəddə vəziyyəti kəskinləşdirmək cəhdlərini davam etdirməsinndən narahatdır", - Latviya Daxili İşlər Nazirliyi bildirib.
“Terehovo” və “Qrebnevo” Latviya-Rusiya sərhədində fəaliyyət göstərən yeganə sərhəd keçid məntəqələridir. Xatırlatmaq yerinə düşər ki, Latviya hökuməti Rusiyanı tammiqyaslı işğalın əvvəlindən Ukraynaya qarşı təcavüzünə görə qınayır və mütəmadi olaraq Kremlə qarşı sanksiyaların artırılmasına çağırır.
Bundan əvvəl Latviyanın Ukraynadakı səfiri İlqvars Kļava bildirmişdi ki, Riqa Rusiyanın mümkün işğalına 100% hazır olmasa da, NATO üzvü kimi indi həmişəkindən daha yaxşı qorunur.
Əziz Mustafa, Oxuməni.az