İsrail Müdafiə Nazirliyi HƏMAS-ın de-fakto baş nazirinin Qəzza zolağında məhv edildiyini bildirib

İsrail Müdafiə Nazirliyi HƏMAS-ın de-fakto baş nazirinin Qəzza zolağında məhv edildiyini bildirib

11:22
Bəyəndim (4) Bəyənmədim (0)

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın nəzarətində olan Qəzza zolağının de-fakto baş nazirini və terror qruplaşmasının bir neçə digər yüksək vəzifəli rəsmisini sıradan çıxardığını elan edib.

Bu barədə “The Times of Israel” nəşri xəbər verir.

İsrail ordusu verdiyi açıqlamada Qəzza zolağında onlarla hədəfi hədəf alan genişmiqyaslı bombardman kampaniyası çərçivəsində HƏMAS-ın dörd yüksək rütbəli rəsmisini öldürdüyünü bildirib.

Həlak olanlar arasında daxili işlər nazirinin müavini Mahmud Əbu Vəfa, hökumətin ictimai işlər üzrə rəhbəri İssam Daalis, ədliyyə nazirinin müavini Əhməd əl-Hatta və daxili təhlükəsizlik baş direktoru Bəhcət Əbu Sultan da var.

HƏMAS-ın faktiki baş naziri İsaam Daalis 2024-cü ilin iyulunda İsrail tərəfindən öldürülən Ravi Muştahı əvəzlədi.

İDF bildirib ki, hücumlar “Həmas terror təşkilatının hərbi və hökumət imkanlarına zərbə vurmaq və İsrail dövləti və onun vətəndaşları üçün təhlükəni aradan qaldırmaqdır”.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yaraqlıların israilli girovları azad etməkdən imtina etməsi fonunda İsrail ordusunu HƏMAS-a qarşı "qətiyyətli hərəkətə" çağırıb.

Netanyahu həmçinin qeyd edib ki, Həmas Qəzzada atəşkəsin uzadılması ilə bağlı ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Steve Witkoff və digər vasitəçilərdən “alınan bütün təklifləri rədd edib”.

Əziz Mustafa, Oxuməni.az