Macarıstan 150-yə yaxın Prjevalski atını Qazaxıstana göndərəcək

Macarıstan 150-yə yaxın Prjevalski atını Qazaxıstana göndərəcək

19 Mart 15:12
Bəyəndim (1) Bəyənmədim (0)

Macarıstan hakimiyyəti respublika ərazisində çoxdan yoxa çıxmış vəhşi at növü olan 150-yə yaxın Prjevalski atını Qazaxıstana göndərmək qərarına gəlib. Bu barədə Budapeştdə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad Qazaxıstanın ticarət-iqtisadi missiyası çərçivəsində tərəfdaşlarla görüşündə bildirib.

Qazaxıstan mətbuatının məlumatına görə, Macarıstanın Hortobagy Milli Parkında 300-ə yaxın Prjevalski atı var.

Qazaxıstan Ticarət Nazirliyinin mətbuat xidməti Naddan sitat gətirir: "Biz sizə bu sürünün yarısını gətirəcəyik ki, onlar genetik olaraq təbii vətəni olan çöllərdə yaşaya və yenidən arta bilsinlər".

Nazirin sözlərinə görə, “İqtisadi və qida səbəblərindən əlavə, bu addım burada hansısa xəstəlik olduğu halda bu növ atların təhlükəsizlik məsələlərini yaxşılaşdıracaq.

Əziz Mustafa, Oxuməni.az