
Finlandiya prokuroru Rusiya Tordeninə qarşı hökmdən apellyasiya şikayəti verib
Finlandiya baş prokurorunun müavini Jukka Rappe 2014-cü ildə Ukraynada hərbi cinayətlər törətdiyi iddiası ilə ömürlük həbs cəzasına məhkum edilmiş rusiyalı Vojislav Tordenin (Yan Petrovski) işi üzrə məhkəmənin qərarından apellyasiya şikayəti verib. Bu barədə Finlandiyanın Yle telekanalı məlumat yayıb.
İddia olunur ki, Finlandiya prokurorluğu birinci instansiya məhkəməsinin qərarı ilə kifayətlənməyib, çünki Torden dörd cinayətə görə ömürlük həbs cəzasına məhkum edilib və hakim beşinci iş üzrə ittihamı rədd edib.
Martın 14-də Finlandiya məhkəməsi Rusiya vətəndaşı Tordeni ömürlük həbs cəzasına məhkum edib. İttiham tərəfi ona ötən ilin dekabrında belə bir cəza istəyib. Yanvarda Rusiyanın Finlandiyadakı səfirliyi Tordenin bəraət alacağına ümid etdiklərini və ölkədəki rusofobiya ab-havasının məhkəmə sisteminin qərəzsizliyinə təsir etməyəcəyinə ümid etdiklərini bildirmişdi.
Vojislav Torden "Rusiç" təxribat-hücum kəşfiyyat qrupunun keçmiş komandiridir. O, 2014-2015-ci illərdə Ukrayna ərazisində törətdiyi iddia edilən hərbi cinayətlərə görə 2023-cü il dekabrın ortalarında Helsinkidə həbs edilib.
Əziz Mustafa, Oxuməni.az