Yarım əsrə yaxın ömrünü ölüm hökmündə keçirən və nəticədə təqsirli bilinməyən yapon İvao Hakamataya 1,44 milyon dollar təzminat ödənilib

Yarım əsrə yaxın ömrünü ölüm hökmündə keçirən və nəticədə təqsirli bilinməyən yapon İvao Hakamataya 1,44 milyon dollar təzminat ödənilib

25 Mart 11:06
Bəyəndim (2) Bəyənmədim (0)

Yaponiya məhkəməsi 1980-ci ildən ölüm hökmündə olan 88 yaşlı keçmiş boksçu İvao Hakamataya bəraət qazandırıb. Hakamata 1966-cı ildə dörd nəfərlik bir ailəni qətlə yetirməkdə şübhəli bilinərək həbs edilmiş və 1980-ci ildə ölüm cəzasına məhkum edilmişdir. 2014-cü ildə ailə işə baxılması barədə qərar qəbul edə bildi: əsas sübutlardan biri qətldən bir il sonra tapılan paltar idi. Lakin DNT analizinin göstərdiyi kimi, üzərindəki qan izləri təqsirləndirilən şəxsin məlumatlarına uyğun gəlmir.
Yarım əsrə yaxın ömrünü ölüm hökmündə keçirən və nəticədə təqsirli bilinməyən yapon İvao Hakamataya məhkəmə 1,44 milyon dollar təzminat ödənilməsi haqda qərar qəbul edib.Bu barədə “RİA Novosti”agentliyi “Kyodo” nəşrinə istinadən xəbər verir.
Bu məbləğ 47 tam il “həbs edildiyi andan azadlığa çıxana qədər fiziki həbs” əvəzi olaraq qiymətləndirilirdi.

Almaz Həsənli