Mahaçqalada çoxmərtəbəli binada baş verən partlayışdan sonra dağıntıların görüntüləri yayılıb

Mahaçqalada çoxmərtəbəli binada baş verən partlayışdan sonra dağıntıların görüntüləri yayılıb

25 Mart 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

İnternetdə Mahaçqalanın Qaptsaxskaya küçəsində yerləşən yaşayış binasında baş verən qaz partlayışı yerindən video yayılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında fövqəladə vəziyyətin nəticələrini əks etdirən video yayımlanıb.

Görüntülərdə dağılmış binanın içərisində bir qrup xilasedicinin olduğu görünür. Tavandan asılmış məftillər, yerdə zibil, divarlarda deşiklər var.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, martın 25-də səhər saatlarında çoxmərtəbəli yaşayış binasının mənzillərindən birində qaz partlayışı, ardınca yanğın baş verib. İdarədən RİA Novosti-yə verilən məlumata görə, hazırda yanğın söndürülüb.

Partlayış nəticəsində iki nəfər yaralanıb. Bir kişi və bir qadın xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Dağıstan meriyası zərərçəkənlərə bütün lazımi yardımların göstəriləcəyini bildirib.

Dağıstan prokurorluğu zərərçəkənlərin yaşadığı mənzildə qaz partlayışı ilə bağlı araşdırma təşkil edib.

Əziz Mustafa, Oxuməni.az