
Tokayev 2025-ci ilin payızında Rusiyaya rəsmi səfərə gedəcək
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya dövlət səfəri bu ilin payızına planlaşdırılır. Bu barədə aprelin 10-da respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
Qazaxıstan nazirliyinin rəhbəri dəqiqləşdirib ki, səfərə hazırlıq artıq başlayıb.
Görüş zamanı Lavrov qeyd edib ki, Moskva Tokayevin mayın 9-da keçiriləcək Qələbə Paradında iştirakını gözləyir. Tərəflər dövlətlər arasında ikitərəfli münasibətlərin mütərəqqi şəkildə inkişaf etdiyini və dostluq xarakteri daşıdığını təsdiqləyiblər.
"Münasibətlərimiz güclü etimad, fəal ticarət-iqtisadi və investisiya əməkdaşlığı ilə xarakterizə olunur. Onlar xalqlar arasında dostluğa və hərtərəfli əməkdaşlığa əsaslanır", - Qazaxıstan XİN rəhbəri vurğulayıb.
Əziz Mustafa, Oxuməni.az