Trampın xüsusi elçisi Vitkoffun təyyarəsi Sankt-Peterburqa eniş edib

Trampın xüsusi elçisi Vitkoffun təyyarəsi Sankt-Peterburqa eniş edib

11 Aprel 11:32
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffun istifadə etdiyi eyni tipli Gulfstream G650ER təyyarəsi Sankt-Peterburqun “Pulkovo” hava limanına enib. Bu barədə “Flightradar24” portalının saytında məlumat verilib.
Saytın məlumatına görə, təyyarə ABŞ prezidenti Donald Trampın şəxsi iqamətgahı olan Mar-a-Laqonun da yerləşdiyi Florida ştatının cənub-şərq hissəsindən havaya qalxıb. Təyyarə Şimali Atlantikaya uçub, Skandinaviyanı keçərək Sankt-Peterburqa çatıb. Orada o, Qərbə kəskin dönüş edərək “Pulkovo” hava limanına enib.
Bundan əvvəl “Axios” xüsusi elçi Vitkoffun Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Rusiyaya uçduğunu bildirmişdi. Həmçinin aprelin 10-da İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar baş tutub. Onlar diplomatik nümayəndəliklərin işinin normallaşdırılmasına həsr olunmuşdu. Görüş qapalı formatda keçirilib.
Almaz Həsənli