
“HƏMAS” daha çox girovu azad etməyə hazır olduğunu bildirib
Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalı “HƏMAS”-ın yeni atəşkəs təklifi çərçivəsində daha çox girovu azad etməyə hazır olduğunu bildirib.
Danışıqların İsrailin “HƏMAS”-ın beş nəfəri azad etməyi təklif etməsindən sonra uzun atəşkəs müqabilində terror qruplaşmasının 11 girovu azad etməsi tələbi ilə bağlı dayandığı deyilir.
“Əl-Ərəbiyyə” adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, yeni razılaşma son mərhələdədir və “HƏMAS” azadlığa buraxılacaq girovların sayını artırmaq üçün ilkin razılıq verib.
Hesabatda həmçinin deyilir ki, ABŞ “HƏMAS”-a müharibəni dayandırmaq və danışıqlara girməsi üçün İsrailə təzyiq edəcəyini bildirib.
Almaz Həsənli
Digər xəbərlər