
“Leopard 2” tankları Ukraynadakı döyüş meydanında olduqca uğursuz olublar
Almaniyanın “Leopard 2 tankları” Ukraynadakı müharibə üçün yararsız olduğu ortaya çıxıb və əhəmiyyətli problemlərlə üzləşib. Nəticədə Ukrayna hərbçiləri onlardan tam potensialından istifadə edə bilmir. Bu barədə “The Telegraph” Almaniyanın Kiyevdəki səfirliyinin attaşesi ilə Bundesver əsgərləri arasında baş tutan görüşün stenoqramına istinadən yazır. Görüşdə diplomat alman tanklarından istifadə edərkən ukraynalıların üzləşdiyi çətinliklərdən danışıb.
"Ukrayna əsgərləri Leopard 2-nin məhdud istifadəyə malik olduğuna inanırlar", - stenoqramda deyilir.
Qeyd olunur ki, bəzi problemlər müharibənin özünün necə dəyişməsi ilə bağlıdır. Xüsusilə, “Leopard 2” pilotsuz təyyarələrin zərbələrinə son dərəcə həssasdır. Bununla belə, onların mürəkkəb dizaynı onları döyüş meydanında təmir etməyi çətinləşdirir, yəni zədələnmiş Leopardlar təmir və texniki xidmət üçün Ukraynanın qərbindəki xüsusi təmir qruplarıına və ya hətta Polşaya göndərilməlidir.
Bir çox hallarda “Leopard 2” ilə bağlı problemlər Ukrayna batalyonlarını onlardan ilk növbədə artilleriya kimi istifadə etməyə məcbur edir”, - məqalədə qeyd olunur.
Berlində yerləşən Avropa Dayanıqlılıq Təşəbbüsü Mərkəzinin icraçı direktoru Serqey Sumlennı-nın qeyd etdiyi kimi, Ukraynada “Leopard 2” ilə bağlı əsas problem onların çox az olmasıdır.
“Bir və ya iki tankın təmirə ehtiyacı varsa, bu, Ukraynanın əlində olan birdən-birə bir müddət sıradan çıxan böyük bir hissəsidir,” – o deyib.
Bundan əlavə, o qeyd edib ki, “Leopard 2”-lər Ukrayna döyüş meydanı üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu tanklar normal hava dəstəyi olanda yaxşı işləyir, lakin Ukraynada isə bu, çatışmır”.
Sumlennı tankın konstiksiyasınının həddən artıq mürəkkəb olduğunu da vurğulayıb.
"Onlar müharibə görməmiş və buna görə də sistemi həddən artıq mürəkkəbləşdirməyə meylli olan Alman istehsalçıları nəsli tərəfindən hazırlanmışdır. 1960-cı illərdə əslində müharibə görmüşlər tərəfindən hazırlanmış köhnə sistemlər döyüş meydanında daha faydalıdır, lakin daha zəif zirehlərə malikdir,"o deyib.
Almaz Həsənli