
Polşa Rusiyaya gedə biləcək gizli Boeing şinlərinin daşınmasının qarşısını aldı
Polşada 5 ton Boeing təyyarə şini müsadirə edilib. Onların Belarus və Rusiyadan tranzitlə Azərbaycana göndərildiyi bildirilir.
Bu barədə Polşa Milli Vergi Administrasiyasının bəyanatında deyilir.
“Məmurlar Koroşçində yük maşınına baxış zamanı müəyyən ediblər ki, sürücü avtomobil və avtobuslar üçün bəyan edilmiş təkərlər əvəzinə “Boeing” mülki təyyarələrində istifadə edilən təkərləri daşıyırmış”, - deyə Milli Vergilər İdarəsi bildirib.
Şöbədən malın göndərəninin İspaniyadan, alanın isə Azərbaycandan olan şirkət olduğu dəqiqləşdirilib.
"Gömrük dələduzluğu faktı ilə bağlı cinayət işi açılıb. Sanksiya tətbiq edilən mallar saxlanılıb", - deyə vergi idarəsindən aydınlıq gətirilib.
Malların Belarus və Rusiyadan tranziti Avropa sanksiyaları altına düşdüyü üçün saxlanılıb.
Əziz Mustafa, Oxuməni.az