
İsrail Fələstində sülh yolu ilə nizamlanmanı istəmir
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud deyib ki, İsrailin ərəb nazirlər heyətinin Fələstinin Ramallah şəhərinə səfərinə qadağa qoyması Təl-Əvivin sülh yolu ilə nizamlanma yolu axtarmaq istəmədiyini göstərir. Bu barədə RİA Novosti məlumat yayıb.
Feysəl bin Fərhan Əl Səudun sözlərinə görə, İsrailin hərəkətləri onun “təcavüzdən başqa heç nə istəmədiyini” göstərir.
Nazir əlavə edib ki, Fələstinə qarşı müharibəyə son qoymaq üçün diplomatik səylər davam etdirilməlidir və beynəlxalq ictimaiyyəti dövləti tanımağa çağırıb və bu hərəkəti sülhə nail olmaq üçün mühüm addım adlandırıb.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat vermişdi ki, Fələstinin HƏMAS hərəkatı ABŞ nümayəndəsi Stiv Vitkoffun Qəzza zolağında atəşkəs və girovların azad edilməsi planının son variantını rədd edib.
Əziz Mustafa, Oxuməni.az