
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyaya məxsus 12 təyyarənin məhv edildiyini bildirib
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 3-də səhər saatlarında düşmənin iddia edilən itkiləri ilə bağlı yenilənmiş məlumatları dərc edib və bu, Rusiya ordusunun 12 təyyarə itirdiyini göstərir. Bu barədə Oxuməni.az “meduza.io”ya istinadla xəbər verir ki,məlumat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook”dakı səhifəsində dərc olunub.
Bu, “Hörümçək toru” əməliyyatı çərçivəsində Ukrayna pilotsuz təyyarələrinin İrkutsk və Murmansk vilayətlərində aerodromlara hücumundan sonra, iyunun 1-dən sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məhv edilmiş Rusiya hərbi texnikası ilə bağlı ilk yeniləməsidir.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməliyyat zamanı A-50, Tu-95, Tu-22 M3 və Tu-160 olmaqla 41 təyyarənin məhv edildiyini bildirib.
İrkutsk vilayətindəki “Belaya” və Murmansk vilayətindəki “Olenya” aerodromlarından alınan video və peyk görüntüləri ən azı 9, lakin 14-dən çox olmayan təyyarənin zədələndiyini göstərib.
Almaz Həsənli