Suriya prezidenti əl-Şaraa sentyabr ayında ABŞ-a səfər edəcək və BMT-də çıxış edəcək
Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa sentyabrda ABŞ-a səfər edəcək, Suriya TV mənbələrə istinadən xəbər verir. Kanalın qeyd etdiyi kimi, bu, Suriya prezidentinin son 60 ildə BMT-dəki ilk çıxışı olacaq.
"Eksklüziv mənbələr Suriya TV-yə bildiriblər ki, Suriya prezidenti Əhməd əl-Şaraa sentyabrda ABŞ-a səfər edəcək və BMT-də iclasda çıxış edəcək", - telekanalın saytında deyilir.
Aprel ayında Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında ölkəsinin yeni bayrağını qaldırıb. O, bu anı “tarixi” adlandırıb. Diplomatın sözlərinə görə, suriyalılar bu addımı 14 ildir gözləyirdilər. Xarici İşlər Nazirliyi rəhbərinin BMT-nin mənzil-qərargahına səfəri Suriyanın yüksək səviyyəli nümayəndə heyətinin 20 ildən artıq müddətdə ilk dəfə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının nümayəndələri ilə görüşlərdə iştirakından sonra baş tutub.
Əziz Mustafa, Oxuməni.az






























.jpg)
.jpg)
.jpg)















































.jpg)
