Fransada Quranı yandırmaqda şübhəli bilinən şəxs həbs edilib

Fransada Quranı yandırmaqda şübhəli bilinən şəxs həbs edilib

4 İyun 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada Quranı yandırmaqda şübhəli bilinən şəxs həbs edilib. "Oxuməni.az" yerli prokurorluğun verdiyi məlumata istinadən xəbər verir ki, o, "Lion" yaxınlığındakı "Villeurbanne" şəhərindəki məsciddən Quran oğurlamaqda və sonra onu yandırmaqda şübhəli bilinir. Polisdəki mənbələrdən verilən məlumata görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Prokurorluq şübhəlinin "psixoloji cəhətdən qeyri-sabit" olduğunu düşünür. "Rhone" departamentinin Məscidlər Şurasının məlumatına görə, hadisə iyunun 2-nə keçən gecə baş verib.Naməlum şəxs yerli məscidin ibadət otağına daxil olaraq müsəlmanların müqəddəs kitabının nüsxəsini götürərək yandırıb.
Polis hadisəni törədən şəxsi həbs edib.

Oxuməni.az