
Aİ ABŞ təyyarələrinə, avtomobillərinə və qarğıdalıdan hazırlanan içkilərə cavab rüsumları tətbiq edəcək
Avropa İttifaqı Amerika malları üçün 72 milyard avro dəyərində cavab rüsumlarının ikinci siyahısını təsdiqləyib, Bloomberg xəbər verir.
"Avropa İttifaqı Boeing Co təyyarələri, avtomobilləri və qarğıdalıdan hazırlanan spirli içkilər də (burbon) daxil olmaqla 72 milyard avro (84 milyard dollar) dəyərində Amerika mallarına qarşı ikinci əks tədbirlərin siyahısını tamamlayıb", - agentlik qeyd edir.
Bloomberg-in məlumatına görə, əlavə rüsumlar, həmçinin maşınqayırma məhsulları, kimya və plastik məhsullar, tibbi cihazlar, elektrik avadanlıqları, şərab və kənd təsərrüfatı məhsullarına da tətbiq olunacaq.
Agentlik aydınlaşdırır ki, siyahı ilkin olaraq cəmi 95 milyard avro dəyərində olan Amerika mallarına aiddir, lakin şirkətlər və Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələrdən sonra azaldılıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp avqustun 1-dən ABŞ-ın “AB ilə ticarət kəsirimizi aradan qaldırmaq” üçün Aİ ölkələrindən gələn mallara 30% rüsum tətbiq edəcəyini açıqlamışdı. Brüssel Vaşinqtonla bu tariflərdən yayınmağa imkan verəcək ticarət sazişini müzakirə etməyə hazır olduğunu bildirib.
Həftə sonu Brüssel 21 milyard avro dəyərində ABŞ mallarının ilkin siyahısı üzrə tariflərin dayandırılmasını avqustun 1-dək uzadacağını açıqladı.
Eyni zamanda, Aİ Trampın avqust ayında tarifləri tətbiq edəcəyi təqdirdə əks tədbirləri hazırlamağa davam etmək niyyətindədir.
Əziz Mustafa