“Bitcoin” bütün zamanların rekordunu qırdı, 120.000 dolları keçdi

“Bitcoin” bütün zamanların rekordunu qırdı, 120.000 dolları keçdi

Bəyəndim (3) Bəyənmədim (0)


Bir gündən az müddətdə “Bitcoin”-in qiyməti daha 1000 dollar artdı və bütün zamanların rekordunu qırdı.
“Binance” birjasının məlumatına görə, “Bitcoin”-in qiyməti hazırda 119 921 dollar civarındadır. “Investing.com”-a görə, 14 iyul 2025-ci il bazar ertəsi saat 07:00-a olan məzənnə 120 750 dollara çatdı.
Qeyd edək ki, bitkoin son həftələrdə davamlı olaraq rekordlar qırır. Məsələn, bazar günü, iyulun 13-də qiymət 119 000 dollara qalxsa da, sonradan bir qədər ucuzlaşaraq 118 882 dollara düşüb.
Əvvəlki bütün zamanların maksimumu 2025-ci il iyulun 11-də qeydə alınıb.
Almaz Həsənli