
ABŞ Ukraynaya Patriot, eləcə də digər avadanlıqlar göndərəcək
ABŞ prezidenti Donald Tramp bildirib ki,. ABŞ Ukraynaya Patriot, eləcə də digər avadanlıqlar göndərəcək.
Bu barədə Reuters və Bloomberg xəbər verir.
"Biz onlara çox ehtiyac duyduqları Patriotları göndərəcəyik. Çünki Putin həqiqətən çoxlarını təəccübləndirdi. O deyir ki, gözəldir, sonra axşam hamını bombalayır. Amma kiçik bir problem var. Bu mənim xoşuma gəlmir", - Tramp jurnalistlərə deyib.
Eyni zamanda, ABŞ prezidentinin konkret nəyi nəzərdə tutduğu ilə bağlı Qərb mediasında müxtəlif məlumatlar var. Bəzi KİV-lər yazır ki, söhbət “Patriot” üçün raketlərdən gedir, digərləri – söhbət hava hücumundan müdafiə sistemlərinin özündən gedir, bir sıra KİV-lər isə Trampın həm raketləri, həm də zenit-raket sistemlərini nəzərdə tutduğunu yazır.
Bundan əlavə, Ağ Ev rəhbəri Ukraynaya göndərməyi planlaşdırdığı Patriotların dəqiq sayını açıqlamayıb. Bununla belə, o, Avropa İttifaqının Amerikaya xərclərini ödəyəcəyini söylədi.
"Əsasən, biz onları müxtəlif növ çox mürəkkəb hərbi texnika ilə təmin edəcəyik. Bunun üçün bizə 100% ödəyəcəklər və biz məhz bunu istəyirik", - Tramp jurnalistlərə açıqlamasında əlavə edib.
Sosial şəbəkələrdə jurnalistin Trampa bu sualı verdiyi video yayılıb: "Cənab prezident, mən sadəcə Ukrayna haqqında əlavə etmək istədim. ABŞ Ukraynaya daha çox raket göndərəcəkmi?"
ABŞ prezidentinin cavabı belə olub:
"Mən hələ kəmiyyətlə bağlı razılığa gəlməmişəm, lakin onların bir hissəsi olacaq, çünki onların müdafiəyə ehtiyacı var. Amma Avropa İttifaqı bunun üçün pul ödəyir. Biz bunun üçün heç nə ödəmirik. Amma biz onu göndərəcəyik, bu, bizim üçün biznes olacaq. Biz də onlara Patriotları göndərəcəyik ki, bu da onlara təcili lazımdır", - Ağ Evin rəhbəri bildirib.
Yuxarıda deyilənlərə əsasən məlum olur ki, Tramp raketlərlə bağlı suala cavab verirmiş. Amma ola bilsin ki, o, təkcə raketləri nəzərdə tutmayıb.
Əziz Mustafa