
Rusiyalı fiqurlu konkisürən qızın Azərbaycan millisinə keçidinə icazə verilməyib
Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Şurası rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan milli komandasına keçidini rədd edib. Bu barədə “TASS” mənbəyə istinadən məlumat yayıb.
“ISU Şurası Veronika Jilinanın Azərbaycan milli komandasına keçidini rədd edib”, - mənbə bildirib.
Mayın 21-də məlum oldu ki, 17 yaşlı Jilina idman hazırlıqlarına görə təzminat kimi FFKKR-ə təxminən bir milyon rubl ödəyib.
Jilinanın Azərbaycan millisinə keçmək niyyəti ilə bağlı məlumat martın 25-də yayılıb. Sonradan məlum olub ki, FFKKR Jilinanın başqa yığmaya keçidinə razılıq verməyib. Mayın 14-də idmançı Azərbaycan pasportu aldığını və bu ölkəni təmsil etmək niyyətində olduğunu bildirib. 21-də Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Jilinanın transferini təsdiqləmədi.
Almaz Həsənli