İsveç Ukraynaya göstərdiyi  hərbi yardımı daha da artırmaq niyyətindədir

İsveç Ukraynaya göstərdiyi hərbi yardımı daha da artırmaq niyyətindədir

16:00
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Trampın verdiyi açıqlamanı dəstəkləyən İsveç "Ukraynaya sürətli və əhəmiyyətli tədarüklərə öz töhfəsini verəcək". Bu barədə ölkənin baş naziri Ulf Kristersson H. şəbəkəsinə məlumat verib.

"Ukraynaya ən böyük donorlardan biri kimi və NATO üzrə müttəfiqlərimizlə birlikdə İsveç Ukraynaya sürətli və əhəmiyyətli tədarüklərə töhfə verməyə davam edəcək", - Kristersson əmin edib.

O, Ukraynada müharibəni dayandırmaq üçün müttəfiqlərin mümkün qədər tez birləşməli olduğunu vurğulayıb. Onun fikrincə, vaxt əsasdır.
“Rusiyanı Ukraynaya qarşı amansız müharibəsinə son qoymağa məcbur etmək üçün nə qədər tez birləşsək, bir o qədər çox insan həyatını xilas etmiş olarıq”,- deyə o bəyan edib.


İyunun sonunda məlum oldu ki, İsveç Ukrayna üçün Rusiyaya çata bilən uzaqmənzilli silahlar alacaq. Ukrayna Silahlı Qüvvələri onu iki-üç il ərzində istifadəyə verəcək. Ölkənin müdafiə naziri Maykl Klessin konkret silah modellərinin adını çəkməsə də, onların arasında qanadlı raketlər və raket artilleriyasının olduğunu bildirib.

İsveç 2023-cü ildə NATO-ya üzv oldu və o vaxtdan bəri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdı, hərbi-sənaye kompleksini və infrastrukturunu modernləşdirdi. Bu ölkə həmçinin Ukraynaya silah, avadanlıq və maliyyə yardımları göstərir.

Əziz Mustafa