Tbilisi erməni yüklərinin qarşısının alınması iddialarını rədd edib

Tbilisi erməni yüklərinin qarşısının alınması iddialarını rədd edib

15:09
Bəyəndim (3) Bəyənmədim (0)


Rəsmi Tbilisi Ermənistan tranzit yüklərinin qarşısının alınması ilə bağlı iddiaları qəti şəkildə rədd edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Ngnewsgeorgia” məlumat yayıb.
Gürcüstan Maliyyə Nazirliyinin Gürcüstan Gəlirlər Xidməti bəyan edib ki, beynəlxalq daşımaların həcminin artması nəzərə alınmaqla bütün gömrük prosedurları aktiv rejimdə həyata keçirilir. Bütün keçid məntəqələrində işçilər nəqliyyatın fasiləsizliyini təmin etmək üçün gecə-gündüz işləyirlər. Xüsusilə, əvvəllər “qısamüddətli nəqliyyatın ləngiməsi”nin müşahidə olunduğu “Kazbegi” keçid məntəqəsində vəziyyət tamamilə normallaşdırılıb.
Bundan əvvəl KİV-lər Rusiyadan Gürcüstan ərazisindən maye qaz tranzitinin müvəqqəti dayandırılmasından sonra Ermənistanda yanacağın qiymətinin təxminən 40% bahalaşdığı barədə məlumat yaymışdı. Bundan əvvəl Rusiyaya gedən erməni konyak yüklərinin gecikməsi ilə bağlı problem yaranmışdı.
İyulun 15-də Ermənistan hakimiyyəti qaz tranziti ilə bağlı problemin həll olunduğunu bildirib. Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatına görə, iyulun 14-də ölkəyə maye qazla 44, dörd gündə isə 143 yük maşını daxil olub.
Almaz Həsənli