
2022-ci ildə Moskvada “İlin müəllimi” müsabiqəsinin qalibi Ukraynada müharibədə ölüb
Moskva şəhərindəki marşal Çuykov adına məktəbin Həyat Təhlükəsizliyi müəllimi Gennadi Starunov Ukraynadakı müharibədə həlak olub. Oxuməni.az “Meduza.io”ya istinadla xəbər verir ki, bu barədə 1164 saylı məktəbin direktoru və Moskvanın Savelovski rayonunun bələdiyyə deputatı Mixail Kloçixin məlumat verib.
"Həmkarımız Gennadi Starunov SVO zonasında hərbi borcunu yerinə yetirərkən həlak oldu. Onun portreti məktəbimizin muzeyində “Naşi” qalereyasında asılıb. Genanın anası qalereyanın açılışında idi və o, bütün bu müddət ərzində bizimlə birlikdə hərbi hospitalın könüllü dəstəsində işləyir", - Kloçixin yazır.
Starunovun harada, nə vaxt və hansı şəraitdə öldüyünü onun həmkarı dəqiqləşdirməyib.
Gennadi Starunov 2022-ci ildə Moskvada ilin müəllimi müsabiqəsinin qalibidir. O, 2022-ci ilin oktyabrından müharibədə iştirak edib. RBC-nin məlumatına görə, 2023-cü ilin yanvarında müəllim Belarusdakı poliqonda səfərbər olunanlar arasında olub. Rusiyanın təhsil naziri Sergey Kravtsov ora gəlib və Starunova Təhsil Nazirliyinin “Gənclik və peşəkarlıq” döş nişanını təqdim edib.
Almaz Həsənli