
Gürcüstan səfirlik üçün Tbilisidəki torpaqları Azərbaycana pulsuz verib
Gürcüstan hökumətinin sərəncamı ilə Vaxtanq Qorqasali küçəsində torpaq sahəsi Azərbaycan Respublikasının Tbilisidəki səfirliyinin tikintisi üçün pulsuz istifadəyə verilib. İcarənin müddəti 49 ildir. Oxuməni.az xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.
Sənəd iyulun 18-ə aiddir və baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb.
Əsas Gürcüstanın “Dövlət əmlakı haqqında” Qanununun 36-cı maddəsinin 2-ci bəndi idi.
İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dövlət Əmlakı Milli Agentliyinə istifadə hüququnun verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün prosedurları həyata keçirmək tapşırılıb.
Almaz Həsənli
Digər xəbərlər