Karapetyan elektrik şəbəkələrinin milliləşdirilməsi ilə bağlı Ermənistan hökumətinə qarşı iddiada qalib gəlib

Karapetyan elektrik şəbəkələrinin milliləşdirilməsi ilə bağlı Ermənistan hökumətinə qarşı iddiada qalib gəlib

15:03
Bəyəndim (3) Bəyənmədim (0)


İş adamı Samvel Karapetyan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan hökumətinə qarşı iddiada qalib gəlib. Söhbət cənab Karapetyana məxsus “Electric Networks of Armenia” (ENA) şirkətinin milliləşdirilməsindən gedirdi. Bu barədə Sputnik Ermənistan yazır.

Karapetyanlar ailəsi işə Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunda baxılması təşəbbüsü ilə çıxış edib. Arbitraj məhkəməsi İrəvana bu yaxınlarda qəbul edilmiş düzəlişlərdən çəkinməyi tapşırıb. İyulun əvvəlində Ermənistan parlamenti elektrik şəbəkələrinin milliləşdirilməsi haqqında qanunu yekun oxunuşda qəbul edib.

Məhkəmə qərara aldı ki, təcili tədbirlər görülməsə, iddiaçılar şirkət üzərində nəzarəti itirdikləri və ya onun sahibi olmaqdan çıxdıqları təqdirdə dəymiş ziyanı tam ödəyə bilməyəcəklər. Ermənistan hökuməti məhkəmə qərarını mütləq icra etməlidir.

Samvel Karapetyan iyunun 18-dən İrəvanda həbsdədir.O, erməni apostol kilsəsinin müdafiəsi ilə bağlı çıxışlarına görə hakimiyyəti ələ keçirməyə çağırışda (Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi) ittiham olunur. Ötən həftə iş adamının vəkilləri çirkli pulların yuyulmasının ittihamlar siyahısına əlavə edildiyini bildiriblər.

Əziz Mustafa