Rusiyada müfti müsəlmanları primitiv düşünənlər adlandırıb

Rusiyada müfti müsəlmanları primitiv düşünənlər adlandırıb

15:49
Bəyəndim (4) Bəyənmədim (0)


Başqırdıstanın baş müftisi Aynur Birqalin müsəlmanları “primitiv düşünənlər” (ibtidai düşüncəlilər) adlandırıb. O, bu şərhi öz Telegram kanalında videoya yazıb.
İlahiyyatçının sözlərinə görə, təmizlik gününə toplaşmaq, “bir yerdə yemək” və ya tədbir keçirmək lazım gələndə müsəlmanları birlik hissi aşır, zəka inkişaf etdirən, maarifləndirici layihələrə məhəl qoyulmur.
Birqalin İslamla bağlı internet resursun fəaliyyətə başlamasına münasibət bildirib. O, bu resursun bütün Rusiyanı və digər ölkələri əhatə edəcəyi barədə fikir bildirib, lakin müsəlmanlar bundan o qədər də narahat deyillər.
"Hər şey vacibdir və zəruridir! Amma elə məqamlar var ki, onları nəzərdən qaçırmaq olmaz. Xüsusilə də dövrümüzün çağırışları və şərtləri,"- Birqalin videomüraciətin altında yazıb.
Aprel ayında Başqırdıstanın baş müftisi bildirmişdi ki, region müsəlmanlarının ruhani idarəsi öz tətbiqində “rəqəmsal imam” funksiyasını, istifadəçilərin suallarını cavablandıran botu işə salacaq. Onun sözlərinə görə, dindarlar tez-tez oxşar suallar verdikləri üçün bot hazırlamaq qərarına gəliblər və süni intellektdən istifadə onlara tez bir zamanda cavab almağa imkan verəcək.
Almaz Həsənli