Norveç kəşfiyyatı Rusiyanı ölkə üçün ən böyük təhlükə hesab edir

Norveç kəşfiyyatı Rusiyanı ölkə üçün ən böyük təhlükə hesab edir

08:28
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Norveçin təhlükəsizliyinə ən böyük təhdiddir. Diktator Vladimir Putin hesab edir ki, onun ölkəsi Qərblə daim münaqişədədir. VG xəbər verir ki, bunu Norveç kəşfiyyatının rəhbəri Nils Andreas Stensjones bildirib.

Nəşrin məlumatına görə, o, “Norveçə qarşı hibrid hücumlar: müharibə vəziyyətindəyikmi?” mövzusunda keçirilən tədbirdə çıxış edib. Stensjones bildirib ki, o, hazırkı vəziyyəti müharibəyə bərabər tuta biləcək səviyyədə hesab etmir.

"Lakin Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya Qərblə daim münaqişədədir. Hazırda Norveç üçün ən böyük təhlükə Rusiyadır".

Eyni zamanda, kəşfiyyat rəhbəri hesab edir ki, Rusiya Norveçdəki hazırkı seçkilərə təsir etmək məqsədi daşımır.

Xatırladaq ki, Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub. Ölkə açıq şəkildə bəyan edir ki, Rusiya milli təhlükəsizliyə əsas təhdiddir, hibrid təsirə əl atır və aqressiv siyasətindən əl çəkməyəcək.

Əziz Mustafa