
Avropa Ukrayna üçün “əhəmiyyətli” təhlükəsizlik təminatları verməli olacaq
Avropa Ukrayna üçün “əhəmiyyətli” təhlükəsizlik təminatları verməli olacaq. Amma ABŞ da bu prosesdə iştirak edəcək.
Oxuməni.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.
"Avropa onlara mühüm təhlükəsizlik zəmanətləri verəcək və bunu etməlidir, çünki o, yaxınlıqdadır. Amma biz bu işdə dəstək nöqteyi-nəzərindən iştirak edəcəyik. Biz onlara kömək edəcəyik", - Tramp qeyd edib.
Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında razılıq əldə olunarsa, o zaman təhlükəsizlik zəmanətləri “böyük problem olmayacaq”.
Eyni zamanda o, əlavə edib ki, ABŞ dəstək verəcək, çünki qətllər dayandırılmalıdır.
Xatırladaq ki, hazırda bəzi Avropa ölkələri Rusiyanın mümkün təkrar işğalının qarşısını almaq üçün “qətiyyətli koalisiya”nın tərkibində Ukraynaya öz əsgərlərini göndərməyi müzakirə edirlər.
Əziz Mustafa