Polşa Silahlı Qüvvələrinin sayı 215.000 nəfərə çatıb
Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamışın sözlərinə görə, Polşa Silahlı Qüvvələrinin sayı 215.000 əsgər və zabitə çatıb.
"Bu gün ordumuzda 215.000 əsgərin xidmət etdiyini elan edə bilərəm", - deyə nazir Polşanın Müstəqillik Gününün 107-ci ildönümünü qeyd etmək üçün keçirilən mərasimdə bildirib. Tədbir TVP Info tərəfindən yayımlanıb.
Polşa hazırda ABŞ və Türkiyədən sonra NATO-da üçüncü ən böyük orduya malikdir.
Əziz Mustafa
Digər xəbərlər
















































































