Dünyanın ən hündür oteli Dubayda açılır
Dubayda yerləşən yeni beşulduzlu Ciel Dubai Marina oteli ilk qonaqlarını qəbul etməyə başlayıb. Layihə hətta tikinti mərhələsində belə dünyanın ən hündür oteli kimi geniş yayılıb.
Ciel Dubai Marinasının hündürlüyü 377 metrdir. Əvvəlki rekord da Dubayda yerləşən 356 metr hündürlüyündə Gevora Otelinə məxsus idi. Ciel Dubai Marina və Gevora Otelindən əlavə, ikonik turizm məkanına çevrilən şəhərdə dünyanın ən hündür on otelindən dördü yerləşir: JW Marriott Marquis Hotel, Rose Rayhaan, Burj Al Arab və Jumeirah Emirates Towers Hotel.
Ciel Dubai Marina 82 mərtəbəli və 1004 otağı var. Otel kompleksi həmçinin dünyanın ən hündür sonsuzluq hovuzuna malikdir. 76-cı mərtəbədə, 310 metr hündürlükdə yerləşən bu bina Tattu Sky Pool kompleksinin bir hissəsidir.
Ciel Dubai Marina əvvəlcə 2024-cü ildə açılması planlaşdırılırdı, lakin layihə dəfələrlə təxirə salınıb. 82 mərtəbəli binanın tikintisi təxminən 544 milyon dollara başa gəlib və beş il çəkib. Otel IHG Hotels & Resorts şəbəkəsinin bir hissəsi olan Vignette Collection brendi altında The First Group Hospitality tərəfindən idarə olunur.
Birləşmiş Ərəb Əmirlikləri 150 metrdən çox hündürlükdə göydələnlərin sayına görə ilk üç ölkədən biridir. Ən azı 345 belə bina var ki, bunlardan 269-u Dubayda yerləşir.
Əziz Mustafa


































































.jpg)
.jpg)
.jpg)













