Almaniya və İsrail  Qəzzada atəşkəsin daha da sabitləşdirilməsini müzakirə edəcəklər

Almaniya və İsrail Qəzzada atəşkəsin daha da sabitləşdirilməsini müzakirə edəcəklər

10:27
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya Kansleri Fridrix Merz 6-7 dekabr tarixlərində İsrailə səfər edəcək və orada Baş nazir Binyamin Netanyahu ilə danışıqlar aparacaq. Bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Meyer Berlində jurnalistlərə bildirib.

Merzin Netanyahu ilə görüşü 7 dekabra planlaşdırılıb.

"İkitərəfli münasibətlərlə yanaşı, diqqət mərkəzində Qəzzada atəşkəsin daha da sabitləşdirilməsi, eləcə də digər beynəlxalq məsələlər olacaq", Meyer qeyd edib.

Kansler həmçinin Yad Vaşem xatirə kompleksini ziyarət edəcək və İsrail vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Əziz MUSTAFA