ABŞ və Suriya qüvvələri İŞİD-in silah anbarlarına zərbələr endirib

ABŞ və Suriya qüvvələri İŞİD-in silah anbarlarına zərbələr endirib

10:25
Bəyəndim (1) Bəyənmədim (0)

24-27 noyabr tarixlərində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) və Suriya Daxili İşlər Nazirliyinin qüvvələri Suriyanın cənubundakı Rif Dəməşq əyalətində, İslam Dövləti (İŞİD) terror təşkilatının gizli anbarlarının olduğu 15 yerə birgə hava və quru zərbələri endiriblər.
Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə CENTCOM 30 noyabr bazar günü məlumat verib.
ABŞ hərbi rəsmilərinin məlumatına görə, 130-dan çox minaatan və raket, bir neçə hücum tüfəngi, pulemyot, tank əleyhinə mina və əldəqayırma partlayıcı qurğular hazırlamaq üçün materiallar məhv edilib. ABŞ və Suriya qüvvələri həmçinin bir neçə narkotik daşınmasını aşkar edib və məhv ediblər.
"Bu uğurlu əməliyyat İŞİD-ə qarşı mübarizədə əldə edilən nailiyyətlərin uzunmüddətli olacağını, qrupun terror hücumlarını yenidən başlamasının və ya onları ABŞ-a və bütün dünyaya yaymasının qarşısını alacağını təmin edir", - deyə CENTCOM komandanı admiral Bred Kuper bildirib.
10 noyabrda ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı iqamətgahında Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşüb. Elə həmin gün Suriyanın informasiya naziri Həmzə Mustafa Dəməşqin ABŞ-ın rəhbərlik etdiyi “İslam Dövləti” ilə mübarizə aparan beynəlxalq koalisiyaya qoşulduğunu açıqladı.
Almaz Həsənli