Türkiyə Ukraynada sülh yolu ilə həll üçün diplomatiyanı səfərbər edib

Türkiyə Ukraynada sülh yolu ilə həll üçün diplomatiyanı səfərbər edib

15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyin yollarını tapmaq üçün bütün diplomatik resursları səfərbər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Macarıstanın Baş naziri Viktor Orbanla İstanbulda danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Bugünkü danışıqlarda Yaxın Şərq və Ukraynadakı hadisələr də daxil olmaqla, aktual regional və qlobal məsələləri müzakirə etdik. Ukrayna münaqişəsində müharibənin lap əvvəlindən Türkiyə tərəflər arasında ədalətli və davamlı sülh yaratmaq üçün bütün diplomatik imkanlarını səfərbər edib. Bu istiqamətdə atdığımız addımlar bütün beynəlxalq ictimaiyyətə məlumdur. Ədalətli dünyada məğlub yoxdur şüarı ilə həll yoluna nail olmaq üçün bütün səylərimizi göstərəcəyik", - Ərdoğan bildirib.

İki ölkənin beynəlxalq əməkdaşlığından danışan Türkiyə lideri "Macarıstanın Türk Dövlətləri Təşkilatının işinə verdiyi töhfəni" qeyd etdi. "Ötən ilin may ayında Macarıstanın sədrliyi altında keçirilən təşkilatımızın qeyri-rəsmi zirvə görüşü tarixi bir hadisə idi. Bu, Avropa Birliyi sərhədləri daxilində keçirilən ilk türk dünyası zirvə görüşü idi", - deyə Ərdoğan qeyd etdi.

Bundan əlavə, Türkiyə prezidenti "Macarıstanın respublikanın strateji məqsədi olan Türkiyənin Aİ-yə tam üzvlük prosesinə konstruktiv töhfə verməyə və güclü dəstək göstərməyə davam edəcəyinə" əminliyini ifadə etdi.

Əziz Mustafa