Qazaxıstan və Pakistan arasında çoxtərəfli əməkdaşlıq davam etdiriləcək

Qazaxıstan və Pakistan arasında çoxtərəfli əməkdaşlıq davam etdiriləcək

14:41
Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Pakistanın Baş naziri Şahbaz Şərif təkbətək görüşərək ikili münasibətləri müzakirə ediblər. Bu barədə Akorda mətbuat xidmətinin yaydığı məlumatıda deyilir.

Məlumatda qeyd edilir ki, "Həmsöhbətlər son illərdə Qazaxıstan və Pakistan arasında çoxtərəfli əməkdaşlığın dinamik inkişafını qeyd etdilər və siyasi, ticarət-iqtisadi, investisiya, mədəni və humanitar əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə etdilər."

Ticarət, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı, rəqəmsallaşdırma, kosmik tədqiqat və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildi.

Qasım-Jomart Tokayev və Şahbaz Şərif həmçinin aktual regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi apardılar

Əziz MUSTAFA